Gimnastika üzrə Avropa çempionatı bitdi

 Gimnastika üzrə Avropa çempionatı bitdi
  16 İyun 2014    Oxunub:1144
Bakıda bədii gimnastika üzrə 30-cu Avropa çempionatının bağlanış mərasiminə həsr olunmuş qala-konsert keçirilib.
AzVision.az trend-ə istinadən xəbər verir ki, qala-konsertdə yubiley çempionatda iştirak edən bir sıra komandaların gimnastları çıxış ediblər. Onlar rəngarəng və yaddaqalan şou təqdim ediblər.
Çıxışlar həm fərdi, həm də komanda şəklində olub.

Qala-konsertdən sonra Azərbaycan Gimnastika İttifaqının bayrağının Azərbaycan tərəfindən növbəti Avropa çempionatının keçiriləcəyi Belarusa təqdim edilməsi mərasimi olub.
Sonda Tünzalə Ağayevanın ifasında mahnı səsləndirilib.

Qeyd edək ki, bədii gimnastika üzrə yubiley - 30-cu Avropa çempionatı iyunun 13-də Bakıda Milli Gimnastika Arenasında start götürüb. Bakıda artıq üçüncü dəfə keçirilən turnirdə 33 ölkədən 258 idmançı iştirak edib. Onları 9 dəst medal uğrunda mübarizə aparıblar.

Azərbaycan gimnastları bu çempionatda 3 medal qazanıblar.


Teqlər:  





Xəbər lenti