Milli Məclisin deputatı Etibar Hüseynovun qızı Maral Hüseynova Şimali Kipr Şərq Universitetinin Radio, Televiziya və Kino fakültəsini bitirərək Bakıya dönüb.
Bu barədə deputat özü “facebook” səhifəsində məlumat yazıb. Deputatın qızı ali məktəbi əla qiymətlərlə başa vurub. “Bu, onun Beynəlxalq Atalar günü üçün mənə etdiyi ən böyük hədiyyəsi oldu. Canım qızım, səninlə qürur duyuram. Vətənimizə, xalqımıza xeyirli övlad ol inşallah” – deputat sevincini belə ifadə edib.