Ərzaq dükanında yanğın

Ərzaq dükanında yanğın
  15 İyun 2014    Oxunub:865
Şamaxıda bu gecə yanğın hadisəsi qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğın şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan ərzaq mağazasında baş verib.

Nəticədə, mağazanın anbar otağında 6 kv.m sahədə ərzaq malları və anbarın tavanı 3 kv.m sahədə yanıb. Anbarın və mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti