Faşistlər kimi yəhudi evlərini işarələdilər - FOTO
Sent-Uen şəhərinin meri Karim Buamran bu antisemit hərəkətləri pisləyib və evində Davud ulduzu çəkilən ailəni dəstəkləyib. Şəhər xidmətləri operativ şəkildə divarlardan dini simvolun silinməsinə başlayıblar.
“Bu aktla bağlı məlumat prokurora yönləndirilib. Bunu çəkənlər tapılmalı və ədalət məhkəməsi tərəfindən sərt şəkildə cəzalandırılmalıdırlar”, - deyə meriyanın “X” sosial şəbəkəsindəki rəsmi hesabında dərc olunan kommünikedə bildirilib.
Həmçinin, Paris merinin müavini Antuan Qiyu belə hərəkətlərin qəbuledilməz və ləyaqətsiz olduğunu bildirib, bununla bağlı şəhər prefekturası ilə əlaqə saxladığını nəzərə çatdırıb.
Qeyd edək ki, daha əvvəl Davud ulduzları Almaniyanın qərbindəki Dortmund şəhərində yəhudilərin yaşadıqları bəzi evlərdə görünməyə başlayıb. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisələrlə bağlı araşdırmalara başlanılıb.
AzVision.az
Teqlər: Fransa