Paytaxtın bəzi yerlərində hərəkətin təşkilində dəyişiklik edilib
Dəyişikliyə əsasən kəsişmədən Azadlıq prospekti və Sabit Rəhman küçəsinin kəsişməsinə qədər iki tərəfli yol bir tərəfli təşkil edilib. Azadlıq prospektindən Sabit Rəhman küçəsinə "Giriş qadağandır" nişanı vurulub.
Eyni zamanda Xan Şuşinski küçəsi və Maqsud Əlizadə küçələrinin kəsişməsində də hərəkətin təşkilində dəyişiklik edilib. Dəyişikliyə əsasən kəsişmədən Azadlıq prospekti və Maqsud Əlizadə küçəsinin kəsişməsinə qədər olan yolun istiqaməti bir tərəfli təşkil edilib.
Xan Şuşinski küçəsindən Maqsud Əlizadə küçəsi ilə Azadlıq prospekti istiqamətinə "Giriş qadağandır" nişanı quraşdırılıb.
AzVision.az
Teqlər: