ABŞ Konqresi İsrailə 14,3 milyardlıq yardım layihəsi təqdim edib |
“Necə ki, Birləşmiş Ştatlar Yaponiyanın 1941-ci ildə Pearl Harbora hücumundan və ya 11 sentyabr 2001-ci il terror hücumlarından sonra atəşkəslə razılaşmadı, İsrail də oktyabrın 7-də yaraqlıların hücumundan sonra HƏMAS-la hərbi əməliyyatların dayandırılmasına razı olmayacaq.
Atəşkəs çağırışları HƏMAS qarşısında, terror qarşısında, barbarlıq qarşısında məğlubiyyət çağırışlarıdır”.
Netanyahunun sözlərinə görə, İran Qəzza zolağında HƏMAS-ı, Livandakı Hizbullah şiə təşkilatını, Yəməndə husiləri və Yaxın Şərqdə və onun hüdudlarından kənarda digər terror qruplarını silahlandıraraq, öyrətməklə və maliyyələşdirərək “terror oxu” yaradıb.
“Həmas və İran qrupları ilə mübarizə aparmaqla İsrail sivilizasiyanın düşmənləri ilə mübarizə aparır”, - deyə siyasətçi vurğulayıb.
Yəhudi dövlətinin başçısı sivil ölkələri İsraili dəstəkləməyə çağırıb.
“HƏMAS və İranın şər oxu qazanarsa, onların növbəti hədəfi siz olacaqsınız".
Şahanə Rəhimli
AzVision.az