HƏMAS-ın oğurladığı qızın meyiti tapıldı
“Təəssüf hissi ilə bildiririk ki, Almaniya və İsrail vətəndaşlığı olan 23 yaşlı Şani Lukun cəsədi aşkar edilib və kimliyi müəyyən edilib. Şani musiqi festivalından qaçırıldı, işgəncələrə məruz qaldı və ağlasığmaz dəhşətlərə dözdü”,- İsrail XİN-in X sosial şəbəkəsindəki səhifəsində dərc edilmiş məlumatda deyilir. Qızın dəqiq nə vaxt öldüyü açıqlanmır.
Şani Luk oktyabrın 7-də Supernova musiqi festivalında Həmas tərəfindən ələ keçirilmişdi.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: