Paşinyan: "Türkiyə ilə sərhəd razılaşmasının reallaşmasına ümid edirik"
O xatırladıb ki, bu saziş üçüncü ölkə vətəndaşları və diplomatik pasportlara malik olan şəxslərə şamil olunur.
"Sərhəd infrastrukturu ilə bağlı mühüm işlər görülüb. Biz Marqara keçid məntəqəsini yenidən təchiz etmişik və artıq sərhəd keçidi proseslərinə hazırıq. Ümid edirik ki, bu razılaşmalar həyata keçiriləcək", - baş nazir əlavə edib.
Xatırladaq ki, 2021-ci ilin dekabrında Ermənistan və Türkiyə ikitərəfli münasibətlərin normallaşdırılması üzrə danışıqlar üçün xüsusi nümayəndələr təyin ediblər. Xüsusi nümayəndə kimi İrəvandan parlamentin vitse-spikeri Ruben Rubinyan, Ankaradan isə ABŞ-dakı keçmiş səfir Serdar Kılıç təmsil olunurlar. Diplomatlar artıq dörd raund danışıqlar keçiriblər. Birinci görüş Moskvada, qalan üç görüş isə Vyanada baş tutub.
Tural Tağıyev
AzVision.az
Teqlər: Paşinyan Türkiyə Sərhəd