Almaniya Avropada müharibəyə hazırlaşmağa çağırış edib
“Biz Avropada müharibə təhlükəsinin ola biləcəyi fikrinə alışmalıyıq. Almaniya özünü müdafiə etməyi bacarmalıdır. Biz müharibəyə hazır olmalıyıq”, Pistorius bildirib. O bildirib ki, bu, Bundesverə aid olduğu kimi alman cəmiyyətinə aiddir.
Almaniya müdafiə departamentinin rəhbərinin sözlərinə görə, Ukrayna və Yaxın Şərqdə baş verən hadisələr ölkə üçün fəsadlar yaradacaq. Eyni zamanda, Pistorius qeyd edib ki, Almaniya İsraillə HƏMAS arasında müharibənin daha da gərginləşməsinin qarşısını almaq üçün lazım olan hər şeyi edəcək.
Aytən Zəhra
AzVision.az
Teqlər: