Türkmənistan Xəzər sahilində böyük elektrik stansiyası tikəcək

  Türkmənistan Xəzər sahilində böyük elektrik stansiyası tikəcək
  30 Oktyabr 2023    Oxunub:1411
Xəzər dənizinin Türkmənistan sahilində, Balkan vilayətinin (bölgəsinin) Türkmənbaşı rayonunda 1574 MVt gücündə elektrik stansiyasının tikintisi planlaşdırılır.
Bu barədə Türkmənistan prezidenti Serdar Berdiməhəmmədovun müvafiq fərmanında deyilir.
Bildirilib ki, tikinti işləri ölkədaxili istehlakçıların elektrik enerjisi ilə etibarlı və fasiləsiz təminatı, yerli elektrik enerjisinin ixracının həcminin artırılması və müasir texnologiyaların tətbiqi məqsədilə aparılacaq. Elektrik stansiyasını Türkiyənin “Çalik Enerji” şirkəti tikəcək.

İşlər 2023-cü ilin noyabrında başlayacaq və 2027-ci ilin mayında başa çatdırılması planlaşdırılır.

Ötən həftə Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında aparılan danışıqlarda türkmən elektrik enerjisinin üçüncü ölkələr vasitəsilə Türkiyəyə çatdırılması imkanları müzakirə olunub. Bununla bağlı tərəflər qeyd ediblər ki, bu elektrik stansiyası lazımi imkanlar yaradacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti