Hava limanındakı insidentlə bağlı 60 nəfər saxlanılıb, 9 polis yaralanıb |
Onun sözlərinə görə, Dağıstanda sabitliyi pozmaq cəhdləri daxildən qaynaqlanmır.
“Bu gün biz tamamilə etibarlı məlumat aldıq ki, “Dağıstanın səhəri” kanalı Ukrayna ərazisindən tənzimlənir”, - Məlikov vurğulayıb.
Dağıstan rəhbəri onu da qeyd edib ki, “dünənki aksiya bu gün xüsusi hərbi əməliyyat zonasında ölkəmizi müdafiə edən hərbçilərimizin kürəyinə sancılan bıçaq oldu”.
- Belə çıxır ki, hərbçilər bizim düşmənimizlə vuruşurlar və dünənki qondarma etiraz aksiyasına çıxanlar isə düşmənin əlinə oynayırmış, - Dağıstan rəhbəri gileylənib.
Xatırladaq ki, bazar günü axşam Təl-Əvivdən gələn təyyarə Mahaçqala hava limanına enərkən, ərazidə etiraz aksiyası keçirilib. Yüzlərlə etirazçı Fələstin-İsrail münaqişəsinə qarşı çıxdıqlarını deyiblər.
Etirazçılardan bəziləri məlum reyslə gələn sərnişinləri araşdırmaq üçün hətta hava limanının beynəlxalq terminalına da daxil olublar.
Tural Tağıyev
AzVision.az