İsrail Türkiyədəki diplomatlarını geri çağırır
“Türkiyənin bəyanatlarının kəskinləşməsi fonunda mən İsrail-Türkiyə münasibətlərini yenidən qiymətləndirmək üçün diplomatik nümayəndələrimizi Türkiyədən geri çağırmağı əmr etdim”, - deyə nazir bildirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən mitinqdə çıxışı zamanı İsrailin Qəzza ilə bağlı addımlarını kəskin tənqid edib.
AzVision.az