ABŞ-nin Tehrana ikiqat mesajı
Qəzetin yazdığına görə, iki gün əvvəl Amerikanın Suriyadakı iki İran hərbi sursat anbarına endirdiyi hava zərbələri “Tehrana iki fərqli mesaj göndərmək” üçün diqqətlə planlaşdırılıb.
Birincisi, iranpərəst qrupların Amerika qüvvələrinə hücumları güclənərsə, mövcud vəziyyət ABŞ-ni İranla açıq hərbi qarşıdurmaya girməyə məcbur edəcək. İkincisi isə, hücumlar dayansa, “hər iki tərəf sakitcə geri çəkilə biləcək”.
Bundan başqa, Yaxın Şərqdə yeni müharibənin fonunda ABŞ prezidenti Co Bayden həm də İrana münaqişədən kənarda qalmasına işarə edir.
AzVision.az