Bayden ABŞ Konqresinə: Biz daha çox şey etməyə hazırıq
“Bu silsilə hücumlara və gələcək hücumların davam edəcəyi təhdidlərinə cavab olaraq, mənim əmrimlə, oktyabrın 26-na keçən gecə ABŞ qüvvələri Suriyanın şərqindəki obyektlərə hədəfli zərbələr endirdi. SEPAH və ona bağlı qruplar tərəfindən komandanlıq və nəzarət, sursatların saxlanması və digər məqsədlər üçün istifadə edilən obyektlər dəqiq hücumlarla hədəfə alınıb. Bu zərbələr çəkindiricilik yaratmaq, eskalasiya riskini məhdudlaşdırmaq və mülki itkilərin qarşısını almaq üçün nəzərdə tutulub”, - Co Bayden deyib.
O, zərbə endirilməsi əmrinin ABŞ-nin öz şəxsi heyətini qorumaq və müdafiə etmək, ABŞ qüvvələrinə və tərəfdaşlarına qarşı silsilə hücumları pozmaq, İran və İranın dəstəklədiyi milis qruplarının qarşısını almaq üçün verildiyini bildirib. Bayden Birləşmiş, zərurət yarancacğı halda, gələcək təhdid və ya hücumlarla mübarizə aparmaq üçün Vaşinqtonun əlavə və müvafiq tədbirlər görməyə də hazır olduğunu bildirib.
AzVision.az