İranda 26 bəhaiyə 126 il həbs cəzası verilib
“Bu həbslər bir neçə nəfərin evlərinə basqın nəticəsində onların şəxsi əmlakının, o cümlədən elektron cihazlarının, kitablarının, pul vəsaitlərinin və qiymətli əşyalarının müsadirə edilməsi ilə həyata keçirilib. Hətta 10-dan çox məmur bir qadını həbs etmək üçün onun evinə basqın edib. Bəhai qadınları təkcə qadın kimi deyil, bəhailər kimi də daha çox təqiblərlə üzləşirlər. Bu bütün iranlıların yalnız ədaləti və bərabərliyi müdafiə etmək cəsarətinə görə necə təqib və ayrı-seçkiliklə üzləşdiyini bir daha göstərir”, - hesabatda deyilir.
Bu il avqustun ortalarında Dünya Bəhai icmasının sözçüsü Pədide Sabiti bildirib ki, dörd ay ərzində 120-dən çox “Bəhai vətəndaşı” təhlükəsizlik qurumlarının hədəfinə çevrilib. Bu isə o, deməkdir ki, hökumət hər gün ən azı bir bəhaini “sistemli təqiblərə” məruz qoyub.
AzVision.az