“İffət və Hicab” qanunu barədə sorğu baş redaktorun yolunu məhkəməyə saldı
Nəşrin məcburi hicab qaydalarının tətbiqi ilə bağlı keçirdiyi sorğunun nəticələrinə görə, əhalinin mütləq əksəriyyəti bunun əleyhinədir. Belə ki, rəyi soruşulan 12 min 300 respondentin 84,2%-i hökumətin “İffət və Hicab” qanun layihəsinin əleyhinə çıxıb.
Qeyd edək ki, baş redaktor Mehdi Rəhmaniyan bundan əvvəl 2018-ci ildə də Məşhəd şəhərində qadınların cinsi istismara məruz qalmaları ilə bağlı yaydığı məlumata görə həbs olunmuşdu.
Ötən il Məhsa Əmininin polis bölməsində ölməsi ilə bağlı redaksiyanın tapşırığı əsasında araşdırma aparan “Şərq” qəzetinin müxbiri Nilufər Hamidi isə hələ də dəmir barmaqlıqlar arasındanır.
AzVision.az
Teqlər: Rəhmaniyan İran