Un bahalaşdı - VİDEO

Un bahalaşdı - VİDEO
  11 İyun 2014    Oxunub:1128
Paytaxtın topdansatış mərkəzlərində unun bahalaşması halları müşahidə olunur. Sahibkarlar qiymət artımının artıq narahatlıq yaratdığını deyirlər.
AzVision.az ANS TV-ə istinadən xəbər verir ki, ölkədə un istehsalı və idxalı ilə məşğul olan aparıcı şirkətlər bildiriblər ki, əlli kiloluq kisənin qiyməti 30 qəpik artıb. Bu isə cüzi rəqəm olduğundan çörəyin qiymətinə təsir etməməlidir. Bahalaşmanın əsas səbəbi isə dünya bazarında unun və buğdanın qiymətinin artmasıdır.

Amma istehsalçıların sözlərinə görə, unun bahalaşması çörəyin qiymətinədə təsir edəcək. Amma hələlik onlar bunu etmədiklərini deyirlər. Lakin mövcud qiymətlərlə bazarda rəqabət aparmağın mümkün olmadığını da etiraf edirlər.

İqtisadçılar bildirirlər ki, unun bahalaşması çörək istehsalı ilə məşğul olan xırda və orta sahibkarların fəaliyyətinə mənfi təsir edəck. Çünki əsasən iri çörək zavodları dəyirmanların da daxil olduğu iri şirkətlərə məxsusdur. Bu isə bahalaşmanın onlara təsir etməyəcəyini deməyə əsas verir. Bahalaşma kiçik zavodlarda müşahidə olunacaq.

Belə getsə kiçik istehsalçılar tədricən bazarı tərk etməli olacaq.




Teqlər:





Xəbər lenti