Ordusu olmayan ölkələr- SİYAHI

Ordusu olmayan ölkələr- SİYAHI
  11 İyun 2014    Oxunub:1588
İstər əhali sayına, istərsə sahib olduğu iqtisadi gücünə görə, orduya ehtiyac duymayan ölkələr var.

Bu ölkələrdən bəzisi təhlükəsizliyini polislərlə təmin edir, bəzilərisə digər ölkələrdən dəstək alır.
Sizə ordusu olmayan 10 ölkəni təqdim edirik:

1.Vatikan: Burada simvolik olaraq təhlükəsizliyi İsveçrə mühafizəçiləri yerinə yetirir.

2. Nauru: Naurunun müdafiə ehtiyaclarını Avstraliya təmin edir.

3. Kosta Rika: 1948-ci ildə 44 gün davam edən vətəndaş müharibəsindən sonra bütün ordu buraxılıb.

4. Samoa: Bu ölkənin müdafiə ehtiyacını Yeni Zelandiya yerinə yetirir.

5. Qrenada1983-cü ildə ABŞ-ın işğalından sonra bu ölkədə hərbi birliklər qalmayıb.

6. Mauritius: Burada bütün təhlükəsizliyi polis qüvvələri yerinə yetirir.

7. Marşal Adaları: Bu ölkənin müdafiə təminatını ABŞ dəniz qüvvələri yerinə yetirir.

8. Kiribati : Bu ölkədə hərbi birlik saxlamaq qəti qadağandır.

9. Palau: Palaunun müdafiə təminatı ABŞ-dan aslıdır.

10. Lixtenşteyn: 1868-ci ildə 80 nəfərlik ordu tərxis olunduqdan bəri bu ölkə özünün bitərəf mövqeyini qorumaqda davam edir.

Emin Piri

Qalereya




Teqlər:  





Xəbər lenti