Bakıda vəsiqəsi olmayan 60 sürücü cəzalandırıldı

Bakıda vəsiqəsi olmayan 60 sürücü cəzalandırıldı
  11 İyun 2014    Oxunub:1002
Bu gün Bakıda qayda pozan avtobus sürücülərinə qarşı genişmiqyaslı reyd keçirilib.
“Qafqazinfo”nun xəbərinə görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovniv-leytenant Vaqif Əsədovun avtosfer.az-a bildirib ki, Bakı şəhər DYPİ-nin şöbə və bölmələrinin, habelə, paytaxtın rayon DYP şöbələrinin əməkdaşlarından ibarət geniştərkibli qrup paytaxtın əsas küçə və prospektlərində reyd keçirərək qayda pozan avtobus sürücülərinə qarşı müvafiq tədbirlər görüblər: “Son vaxtlar Bakı şəhəri ərazisində ictimai nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının tezt-tez pozulması, onların iştirakı ilə törədilən qəzalar və bu qəzaların ağırlıq dərəcəsinin artması ciddi narahatlıq doğurur. Avtobus sürücüləri arasında nizam-intizamın möhkəmləndirilməsi, yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin göstərişi ilə yaradılmış qrup paytaxtın küçə və yollarında ictimai nəqliyyat vasitələrinin marşrutunu izləyir və törədilən qayda pozuntularını aşkar edərək ona uyğun tədbirlər görür. Təkcə bu gün ərzində avtobusu yolların hərəkət hissəsində, ikinci cərgədə, dayanacaqdan kənarda saxlayan 60-dan artıq sürücü barəsində inzibati protokol tərtib edilib. Svetaforun qırmızı işığında hərəkət edən 4 avtobus sürücüsü də cəzalandırılıb. Bundan başqa, sürücülük vəsiqəsi və digər sənədləri qaydasında olmayan 60-a yaxın avtobus sürücüsü barəsində də inzibati qaydada tədbir görülüb. Bu tədbirlər avtobus sürücüləri arasında nizam-intizam qaydasına düşənə qədər davam etdiriləcək»


Teqlər:





Xəbər lenti