40 qadın oğurlandı – Nigeriyada

40 qadın oğurlandı – Nigeriyada
  10 İyun 2014    Oxunub:839
Nigeriyanın şimal-şərqində yerləşən kəndlərdən birində yaraqlılar ən azı 20 qadın oğurlayıblar.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən bildirib.

Hadisə Çibok yaşayış məntəqəsindən 8 kilometr aralıda yerləşən Harkin Fulan kəndində baş verib. Qeyd edək ki, bu ilin aprel ayında Çibokda “Boko haram” qruplaşması 200-dən çox məktəbli qızı qaçırıb.

Məlumata əsasən yaraqlılar günorta saatlarında kəndə hücum edib.

Borno vilayət hakimiyyəti artıq 40qadının qaçırıldığını təsdiqləyib. O, qeyd edib ki, qaçırılan qadınların yeri barədə hələlik məlumat yoxdur.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti