Ruhaninin cavabı Ərdoğanı əsəbiləşdirdi

Ruhaninin cavabı Ərdoğanı əsəbiləşdirdi
  10 İyun 2014    Oxunub:1042
İran prezidenti Həsən Ruhani Türkiyə səfəri çərçivəsində baş nazir Rəcəb Tayyib Ərdoğanla görüş keçirib. Görüşdən sonra dövlət rəsmiləri mətbuat qarşısına keçərək jurnalislərin suallarını cavablandırıblar.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, Ruhaninin Suriya ilə bağlı cavabı Ərdoğanın ürəyincə olmayıb.

Belə ki, jurnalistlərdən bri Ruhanidən Bəşər Əsədin yenidən prezident seçilməsi münasibəti ilə onu təbrik edib-etməməsi haqda sual verib. İran prezidenti “bəli, təbrik etmişəm”,-deyə cavab verib.
Ruhaninin bu cavabı Ərdoğanın əsəbinə səbəb olub. Bu sualdan sonra mətbuat konfrasnının başa çatdığı bildirilib.

Görüş sonunda Ruhani Ərdoğana gülərək əl uzatsa da Ərdoğanın əsəbi açıq-aşkar hiss edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti