NATO Osetiyadakı seçkiləri tanımayacaq

NATO Osetiyadakı seçkiləri tanımayacaq
  09 İyun 2014    Oxunub:897
NATO-nun baş katibi Anders Foq Rasmussen bəyan edib ki, təşkilat Cənubi Osetiyadakı parlament seçkilərinin nəticələrini tanımayacaq.
AzVision.az-ın məlumatına görə, bu barədə alyansın saytında yerləşdirilən xəbərdə bildirilir.

“NATO iyunun 8-də Gürcüstanın regionu Cənubi Osetiyada keçirilən parlament seçkilərini tanımır. Bu seçkilər Gürcüstandakı vəziyyətin sabitləşməsinə maneə olur”, - deyə Rasmussenin bəyanatında bildirilir. Baş katib həmçinin vurğulayıb ki, NATO ölkələri Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımır.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər:  





Xəbər lenti