Rasmussen: `Ukrayna istərsə NATO-ya üzv ola bilər`
“NATO-nun qapıları müəyyən tələblərə cavab verən demokratik Avropa ölkələrinin üzünə hər zaman açıqdır. Hələ 2008-ci ildə Buxarestdə qərara aldıq ki, Ukrayna əgər arzu etsə müvafiq kriteriyalara uyğun olmaq şərtilə NATO-ya üzv ola bilər. Bununla yanaşı Ukrayna hələlik bloka daxil olmamağa qərar verdi. Biz Kiyevin bu qərarına hörmətlə yanaşırıq və Ukrayna-NATO komissiyası çərçivəsində əməkdaşlığımızı davam etdiririk”- deyə Rasmussen bildirib.
Xatırladaq ki, Anders Foq Rasmussen NATO-nun Krımın Rusiyaya birləşdirilməsini heç vaxt tanımayacağını bəyan edib.
Səbinə Həsənova
Teqlər: