Uşaqlarla dolu avtobus yandı

Uşaqlarla dolu avtobus yandı
  09 İyun 2014    Oxunub:919
Gürcüstanda içərisində uşaqlar olan avtobus minik maşını ilə toqquşduqdan sonra yanıb.
Bu barədə AzVision.az Gürcü KİV-nə istinadən xəbər verir.

Hadisə Gürcüstanın İmereti regionunda baş verib. İnsident zamanı avtobusun içərisində 15 məktəbli olub. Onlardan bəziləri ağır dərəcəli yanıq xəsarəti alıb. Məktəblilər dərhal yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Hazırda Gürcüstan polisi faktla bağlı araşdırmalara başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti