Xaricə getmək ucuzlaşdı

Xaricə getmək ucuzlaşdı
  09 İyun 2014    Oxunub:1113
2014-cü ilin may ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,7 faiz, sərnişindaşıma tarifləri isə 0,2 faiz ucuzlaşıb.
AzVision.az xəbər verir ki, bu barərə Dövlət Statistika Komitəsi məlumay yayıb.

Bildirilib ki, ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 0,1 faiz, digər xarici ölkələr üzrə 7,5 faiz ucuzlaşma müşahidə olunub.

May ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,7 faiz ucuzlaşıb.

MDB ölkələrinə dəmir yolu nəqliyyatında sərnişindaşıma tarifləri 11,3 faiz ucuzlaşıb dəniz nəqliyyatında isə yükdaşıma tarifləri 4,0 faiz bahalaşıb.

Avtomobil nəqliyyatında yükdaşıma tarifləri üzrə 4,0 faiz ucuzlaşma müşahidə olunub.


Teqlər:





Xəbər lenti