Aeroporta hücum: 23 ölü, 15 yaralı

Aeroporta hücum: 23 ölü, 15 yaralı
  09 İyun 2014    Oxunub:839
Pakistanda terrorçular Karaçi şəhərində yerləşən beynəlxalq hava limanına hücum ediblər.
Bu barədə AzVision.az Qərb KİV-nə istinadən xəbər verir.

İlkin məlumatlara görə, hadisə nəticəsində ən azı 23 nəfər ölüb, 15 nəfər isə yaralanıb. Yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir. Müdafiə Naziri Sind Niyaz Abbasinin bildirdiyinə görə, ölənlərdən 8-i hava limanının təhlükəsizlik xidmətinin əməkdaşıdır.

Ordu və terrorçular arasında döyüş 5 saat çəkib. Hücum nəticəsində 3 təyyarəyə də ziyan dəyib. Hava limanın fəaliyyəti dərhal dayandırılıb, sərnişinlər və əməkdaşlar hadisə yerindən təxliyə edilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti