Qüllənin başından özünü atmaq istədi

Qüllənin başından özünü atmaq istədi
  09 İyun 2014    Oxunub:1038
Kürdəmirdə bir nəfər intihara cəhd edib
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Kürdəmir şəhərində 1 nəfər kişinin intihara cəhd etməsi barədə “112” qaynar telefon xəttinə məlumat daxil olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş qülləyə çıxaraq özünü aşağı atmaq niyyətindədir. Yanğınsöndürən-xilasedicilər hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşla müvafiq söhbətlər aparmış və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını alıblar.

Qeyd edilən şəxs aidiyyatı üzrə təhvil verilib.


Teqlər:  





Xəbər lenti