İraqda kürd qətliamı -17 ölü, 65 yaralı

İraqda kürd qətliamı -17 ölü, 65 yaralı
  08 İyun 2014    Oxunub:935
İraqın Celevla qəsəbəsində yerləşən Kürdüstan Vətənpərvərlər Birliyi Partiyasının (KYB) bürosuna təşkil edilən bombalı hücum zamanı 17 nəfər həyatını itirib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, partlayış zamanı 65 nəfərin yaralandığı da bildirilir. Səlahiyyətlilərin verdiyi açıqlamada bildirilir ki, hadisə zamanı büronun yaxınlığındakı bir neçə evdə maddi ziyan dəyib.

Həmçinin, ətrafda olan avtomobillərə də xəsarət dəyib. Hücumun kim tərəfindən təşkil olunması istiqamətində polis səlahiyyətliləri araşdırma aparır.


Teqlər:  





Xəbər lenti