Novruz Məmmədovun nəvəsi Bakıda sərgi keçirdi - FOTOLAR

 Novruz Məmmədovun nəvəsi Bakıda sərgi keçirdi -    FOTOLAR
  02 Sentyabr 2023    Oxunub:1712
ABŞ-ın Nyu York şəhərində yaşayan gənc azərbaycanlı rəssam Kamal Novruz ilk sərgisini doğma şəhərində keçirmək üçün Bakıya səfər edib. 11 yaşlı gənc istedad Nyu York Art Studio məktəbinin şagirdidir.
İncəsənətə aid fərqli yarışmalarda iştirak etmiş 5-ci sinif şagirdi Kamal Novruz oxuduğu orta məktəb üzrə keçirilmiş art yarışmasında ilk yeri tutaraq məktəb ilinin sonuna dair nəşr olunan illik jurnalın dizaynının, rəsmlərinin, eləcə də köynəklərin üzərində çap olunan rəsmlərin müəllifi olub.

Ötən gün Baku Photography House-da gənc rəssam Kamal Novruzun “Yeni incəsənət” adlı ilk sərgisi keçirilib.

Kamal Novruz Leonardo da Vinçi, Hokusai, Vinsent van Qoq, Grant Vud, Rene Magrit kimi məşhur rəssamların əsərlərindən ilhamlanaraq Pop Art üslubunda yeni əsərlər yaradıb.

Rəsm əsərlərində cizgi filmlərinin qəhrəmanlarını özünəməxsus tərzdə təqdim edən Kamal Novruz yaşıdlarını və gəncləri məşhur ustadların əsərlərinə marağının yaranmasına nail olmaq istəyir.

Qeyd edək ki, Kamal Novruz keçmiş Baş nazir Novruz Məmmədovun nəvəsidir.
































Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti