Sərdar Ortaç evləndi - FOTOLAR

Sərdar Ortaç evləndi - FOTOLAR
  07 İyun 2014    Oxunub:2491
Türkiyəli müğənni Sərdar Ortac ötən gün irlandiyalı nişanlısı Xloe Luqnanla evlənib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nikah mərasimində müğənni əvvəlcə xristian adətlərinə uyğun olaraq keşişin qarşısına keçib və onun dediklərini ingiliscə təkrarlayıb. Daha sonra isə bələdiyyə sədrinin müavini onların rəsmi nikahını elan edib.

Bir çox məşhurun iştirak etdiyi toy mərasimi gecə saatlarına qədər davam edib.

Qeyd edək ki, cütlük ondan bir gün əvvəl xına mərasimi etmişdi və həmin mərasimdən də fotolar sosial şəbəkələrdə yayılmışdı.

Fatimə Kərimli

Qalereya




Teqlər:





Xəbər lenti