Ərdoğan ölümdən döndü

Ərdoğan ölümdən döndü
  07 İyun 2014    Oxunub:903
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd cəhdinin qarşısı alınıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğana qarşı sui-qəsd planı İstanbulda Sultanqazidə açılışda işitrak edərkən həyata keçiriləcəkdi. Belə ki, açılış zamanı Baş nazirin mühafizəçiləri insanların arasında əlində silah olan sui-qəsdçini aşkar edib. Polislərin onu gördüyünü başa düşən sui-qəsdçi silahını baş nazirin maşınına tərəf tullayıb. Silahın darağının boş olduğu, lakin onun xəznəsində 9 mm-lik mərminin olduğu aşkarlanıb.

Polislər son anda sui-qəsdçini zərərsizləşdirə biliblər. Məlum olub ki, Ərdoğanı öldürmək istəyən şəxs 32 yaşı olan F.Y-dır( adı şərti olaraq qeyd edilir).

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti