Barrozo Bakıya gəlir

 Barrozo Bakıya gəlir
  07 İyun 2014    Oxunub:1003
Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo iyunun 13-15-də Azərbaycanda səfərdə olacaq.
APA-nın Avropa Birliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, J. M. Barrozo Bakıda Azərbaycan rəhbərliyi ilə görüşlər keçirəcək. Tərəflər ikitərəfli münasibətlərin inkişafını və enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Qeyd edək ki, J. M. Barrozo iyunun 11-də Moldovaya, 12-də isə Gürcüstana səfər edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti