`Ukraynada böhran 3 aya həll olunacaq`
Poroşenko, İyunun 7-də keçiriləcək andiçmə mərasimindən sonra Ukraynada situasiyanın normallaşması üçün sülh planı təqdim etmək və həbs olunmuş separatçıları əfv etmək niyyətindədir.
Etibarlı mənbələrdən verilən məlumata görə, rəsmən fəaliyyətə başlayandan sonra Poroşenko ilk səfərini separatçılarla qarşıdurmaların mərkəzi olan Donbasa edəcək.
Məlumata görə, Poroşenkonun “həll” planı 3 hissədən ibarətdir: ölkədaxili dialoq, Cenevrə formatında beynəlxalq dialoq və Rusiya ilə danışıqlar.
Səbinə Həsənova
AzVision.az