Ukrayna hərbçilərinin helikopteri vuruldu

Ukrayna hərbçilərinin helikopteri vuruldu
  06 İyun 2014    Oxunub:1301
Ukraynanın Slavyansk şəhərində ölkə hərbçilərinə məxsus helikopter separatçılar tərəfindən vurulub.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Bununla da son üç gün ərzində separatçıların vurduğu Ukrayna helikopterlərinin sayı dördə çatıb. Bu barədə jurnalistlərə açıqlamasında separatçıların komandiri İqor Strelkov bildirib. Onun sözlərinə görə, “Mi-24” tipli helikopter Yampol qəsəbəsi yaxınlığında vurulub. Hazırda həmin ərazidə separatçılar və Ukrayna hərbçiləri arasında gərgin döyüşlər gedir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti