İranda qatarlar toqquşdu: 10 ölü

İranda qatarlar toqquşdu: 10 ölü
  06 İyun 2014    Oxunub:1334
İranın şimalında sərnişin qatarı ilə yük qatarı toqquşub.
Bu barədə AzVision.az İran KİV-nə istinadən xəbər verir.

Hadisə nəticəsində 10 nəfər ölüb. Onlarla insan yaralanıb. Yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir. Hadisə baş verən zaman sərnişin qatarında 340 nəfər olub. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti