Obama və Putin Ukraynanı müzakirə etdilər

Obama və Putin Ukraynanı müzakirə etdilər
  06 İyun 2014    Oxunub:1031
Fransa prezidenti Fransua Olland ABŞ prezidenti Barak Obama və rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.
AzVision.az xəbər verir ki, görüş İkinci Dünya müharibəsində ikinci cəbhənin açılmasının 70 illiyi ilə bağlı proqram çərçivəsində keçirilib.

Olland Parisdə səfərdə olan ABŞ prezidenti Barak Obama və rusiyalı həmkarı Vladimir Putinlə ayrı-ayrılıqda görüşüb.

Görüşdə ölkə başçıları Ukrayna böhranı ətrafında fikir mübadiləsi aparıb və bu ölkədə stabilliyin təmin olunmasının vacibliyini xüsusi qeyd ediblər.


Teqlər:  





Xəbər lenti