Ukrayna iyulda limanlarla taxıl ixracını azaldıb
Əsas azalma taxılın limanlar vasitəsilə ixracında olub. İyulda limanlar vasitəsilə 1,67 milyon ton, yəni cəmi 46,5 faiz taxıl göndərilib. Dəmir yolu, yük maşınları və bərə nəqliyyatı ilə çatdırılma 6% artıb.
Ukraynanın taxıl ixracından əldə etdiyi gəlir 380,4 milyon dollara düşüb, iyunda bu rəqəm 712 milyon dollar idi.
Qeyd edək ki, 17 iyul 2023-cü ildə taxıl sazişinin müddəti başa çatıb. Rusiya prezidenti Vladimir Putin bildirib ki, rəsmi Moskva kənd təsərrüfatı məhsullarının ixracına qoyulan məhdudiyyətlər aradan qaldırıldığı halda, taxıl müqaviləsinə qayıdacaq.
AzVision.az
Teqlər: