Həmin şəxslərdən ikisi Kadırovun yaydığı xüsusi təbliğat videosunda da görünüb. Paylaşımda avqustun 7-də Qudermesdəki qondarma “xüsusi təyinatlı universiteti"ndə hərbi hazırlıq keçdiyi iddia edilən “könüllülər” qrupunun cəbhəyə göndərilməsi barədə məlumatlar yer alıb.
Kadırovun XTQ komandanını məktubla zəhərləyiblər |
Hüquq müdafiəçisi kimi fəaliyyət göstərən Abubakar Yanqulbayevin sözlərinə görə, cəbhədə olan əmisi Səid-Əhməd Yanqulbayevin 55 yaşı var.
Digər qohumların adları isə Yanqulbayev Adam Səid-Eminoviç, Yanqulbayev Yusup Səid-Eminoviç, Yanqulbayev Xasan Şahidoviçdir.
O da vurğulanır ki, Xasan Qroznıda yaşamırmış. O, arvadını doğum evinə yerləşdirmək üçün şəhərə gəlibmiş. Bunu bilən hüuq-mühafizə orqanlarının əməkdaşları Xasanı qaçırıblar. Xasan iki uşaq atasıdır və onlardan biri yeni doğulub. Adamın da ailəlidir və bir övladı var. Hər ikisi hazırda Donetskdə Ukrayna ordusuna qarşı döyüşürlər.
Xatırladaq ki, 2021-ci ilin sonunda Yanqulbayevlər Çeçenistanda onlarla qohumunun oğurlandığını bəyan ediblər. Çeçenistan rəhbəri Ramzan Kadırov bu ailəni terrorçu adlandıraraq, onları təqib edəcəyini vəd edib.
Tural Tağıyev
AzVision.az