Tehran metrosu “hicabçı”ların nəzarətinə verilir
Bundan əvvəl metro stansiyalarında qadınlarla rəftarı ehtiva edən bir neçə video-material yayımlanıb. Həmin videolarda ilk öncə bir neçə başı örtülü qadınların hicabsız qadınlara xəbərdarlığı, daha sonra isə bir neçə mülki geyimli kişinin qadınlara hicaba riayət etmədən stansiyaya buraxılmayacaqlarını bildirdikləri göstərilir. Sonda isə bələdiyyə “Mühafizə hissəsi”nin uniformalı qüvvələri hicabsız qadınların metroya girmıəsinə mane olduğu nümayiş etdirilir.
“Fəraz” internet qəzeti Tehran bələdiyyəsində yeni “hicabçı” bölməsinin müvafiq təlimlər keçdiyini və tezliklə paytaxtın metro stansiyalarında fəaliyyətə başlayacağını yazıb.
“Tehran şəhər bələdiyyəsi tərəfdarları” şirkətinin 12 milyon tümən aylıq maaşla işə götürdüyü “hicabçı”lara “zəhmət” haqqı da veriləcək.
AzVision.az