Nigerdə Qərbi Afrika Mərkəzi Bankının filialları bağlandı

İyulun 26-da Niger prezidenti Məhəmməd Bazum və həyat yoldaşı öz mühafizəçiləri tərəfindən saxlanılıb.
İyulun 27-nə keçən gecə ölkənin silahlı qüvvələri ölkədəki bütün dövlət qurumlarının işini dayandırıb, komendant saatı tətbiq edib və sərhədləri bağlayıb.
İyulun 27-də BMT-nin baş katibi Antonio Quterreş üsyanı dayandırmağa və prezident Bazumu azad etməyə çağırıb. Üsyan ABŞ və Avropa İttifaqında da pisləndi. Rusiya münaqişə tərəflərini dialoqa çağırıb.
İyulun 28-də prezident qvardiyasının keçmiş rəisi, general Abduraxman Tçiani çevrilişi həyata keçirən hərbçilər adından özünü Vətəni Xilasetmə Milli Komitəsinin rəhbəri elan edib.
Bundan əvvəl qiyamçıların başçısı xarici müdaxilə halında Nigerdə “qırğın və xaos” olacağını proqnozlaşdırmışdı.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: