Azərbaycan Dubayda keçiriləcək beynəlxalq turizm sərgisində iştirak edəcək

Azərbaycan Dubayda keçiriləcək beynəlxalq turizm sərgisində iştirak edəcək
  10 Mart 2025    Oxunub:769
Azərbaycan aprelin 28-dən mayın 1-nə qədər Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək “ATM Dubai 2025" beynəlxalq turizm sərgisində iştirak edəcək.
AzVision.az bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir. Məlumata görə, artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb.

"Ərəb Səyahət Bazarı" (ATM) son on illiklərdə səyahət və turizm sənayesi üçün aparıcı qlobal hadisəyə çevrilib. Sərgi qlobal səyahət və turizm vizionerlərini birləşdirir.

AzVision.az


Teqlər:





Xəbər lenti