Qəbul imtahanlarının 2-ci mərhələsinin 1-ci cəhdinin vaxtı açıqlanıb

Qəbul imtahanlarının 2-ci mərhələsinin 1-ci cəhdinin vaxtı açıqlanıb
  10 Mart 2025    Oxunub:803
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdi mayın sonu iyunun əvvəlində keçiriləcək.
Bu barədə AzVision.az -a Dövlət İmtahan Mərkəzindən xəbər verilib. Bildirilib ki, dəqiq tarixlər barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək üçün qeydiyyat 17 aprel-1 may tarixində aparılacaq.

Qeyd edək ki, martın 16-da DİM ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı keçirəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti