Bir sıra müavinət və təqaüdlər artıb

“Məşğulluq haqqında” Qanuna əsasən, Azərbaycanda peşə hazırlığına cəlb olunmuş şəxslərə minimum əməkhaqqının 50 faizi məbləğində təqaüd verilir. 2025-ci ilin yanvar ayından minimum əməkhaqqı 325 manatdan 400 manatadək yüksəldiyindən bu təqaüd məbləği də artırılıb.
Belə ki, əvəllər həmin vətəndaşlarımıza ödənilən aylıq məbləğ 162.5 manat idisə, indi həmin təqaüd artırılaraq 200 manat olub. Bu o deməkdir, peşə hazırlığına cəlb olunmuş şəxslərə verilən təqaüd məbləği 14 faiz artırılıb”.
Deputat bildirib ki, digər bir sıra təqaüdlərdə artımlarla bağlı təkliflər hazırda Nazirlər Kabineti tərəfindən hazırlanır: “Təkliflərin bu ayın ikinci yarısında dövlət başçısına təqdim edilməsi gözlənilir. Bu o deməkdir, yaxın zamanlarda bir sıra digər müavinət və təqaüdlərdə də artımlar olacaq”.
AzVision.az
Teqlər: