ABŞ-da atışma: 2 nəfər ölüb, 15 nəfər yaralanıb

ABŞ-da atışma:    2 nəfər ölüb, 15 nəfər yaralanıb
  25 İyun 2023    Oxunub:823
ABŞ-da ziyafətdə atışma baş verib, 2 nəfər ölüb, 15 nəfər yaralanıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Miçiqan ştatında küçə şənliyində qeydə alınıb.

Zərərçəkənlərdən bəziləri şənlik iştirakçılarının təşviş içində ətrafa sürdüyü avtomobillərin təkərləri altında qalaraq xəsarət alıb.

Ölənlər 19 yaşlı oğlan və 51 yaşlı qadındır.

Atışma yerindən azı beş müxtəlif odlu silaha aid gilizlər tapılıb.

AzVision.az



Teqlər: ABŞ  





Xəbər lenti