Putin daha Şoyquya etibar etmir?

   Putin daha Şoyquya etibar etmir?
  25 İyun 2023    Oxunub:867
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısının Rusiya Federasiyasının müdafiə nazirinə etimadı ilə bağlı sualı cavablandırarkən, bununla bağlı hər hansı dəyişiklikdən xəbərsiz olduğunu bildirib.
“Bununla bağlı hər hansı dəyişiklikdən xəbərim yoxdur".
Peskov bu suala cavab verə bilmədi


Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlamışdı.

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açmışdı. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirmişdi ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırmışdı. Nazirlik eyni zamanda “Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırmışdı.

Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirmişdi.

Yevgeni Priqojin isə silahları yerə qoyub təslim olmaqdan imtina etdmişdi. Bundan sonra "Vaqner" Rostova nəzarəti ələ keçirmişdi və ordu ilə qiyamçılar arasında silahlı münaqişə başlamışdı. Qiyamçılar Moskva vilayətinə daxil olmuşdu.

Lakin axşama doğru Belarus Prezidentinin mətbuat xidməti məlumat yaydı ki, Priqojin Lukaşenkonun "Vaqner hərəkatı"nı dayandırmaq və gərginliyi azaltmaq üçün əlavə addımlar atmaq təklifini qəbul edib.

Hətta Priqojinin Moskvadan geri çəkildiyini və döyüş mövqelərinə geri qayıtdığını elan etdiyini bildirən səs yazısı yayıldı.

“Onlar “Vagner”i dağıtmaq istəyirdilər. İyunun 23-də “Ədalət marşı” üçün yola düşdük. Gün ərzində Moskvaya qədər 200 kilometrə yaxın məsafə qət etdik. Bu müddət ərzində döyüşçülərimizin bir damcı da qanını axıtmamışıq.

“İndi elə bir an gəlib çatıb ki, qan tökülə bilər. Buna görə də tərəflərdən istənilən birində rus qanı töküləcəyinin bütün məsuliyyətini dərk edərək, qoşunlarımızı geri çevirib, plana uyğun olaraq əks istiqamətdə səhra düşərgələrinə yola düşürük”, -səs yazısında deyilirdi.
"Vaqner"in başda Priqojin olmaqla tam tərkibdə Rostovu tərk etməsi ilə bağlı məlumat və görüntülər yayılıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti