Sobyanin: “Moskvada antiterror rejimi elan edilib, vəziyyət gərgindir”

  Sobyanin:  “Moskvada antiterror rejimi elan edilib, vəziyyət gərgindir”
  24 İyun 2023    Oxunub:1020
“Moskvada antiterror əməliyyatı rejimi elan edilib, vəziyyət mürəkkəbdir. Ona görə də Moskvada bazar ertəsi qeyri-iş günü elan edilib”.
AzVision.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Moskva meri Sergey Sobyanin deyib.

O qeyd edib ki, hakimiyyət və davamlı dövriyyə müəssisələri, hərbi-sənaye kompleksi, şəhər xidmətləri istisna olacaq.

Merin sözlərinə görə, Moskvada şəhər xidmətləri yüksək hazırlıq vəziyyətində çalışır. O, həmçinin moskvalıları şəhər ətrafına səfərlərdən çəkinməyə çağırıb.

AzVision.az



Teqlər: Sobyanin   Moskva  





Xəbər lenti