"Əks-hücum cəbhənin heç bir istiqamətində gözləntiləri doğrultmur", - mənbələrdən biri gileylənib.
Qərbdən olan mütəxəssislərin qiymətləndirmələrinə görə, Rusiyanın cəbhədəki müdafiə xətləri ideal şəkildə möhkəmləndirilib. Belə bir qabaqlayıcı tədbir isə Ukrayna qoşunlarının əks-hücum əməliyyatlarını çətinləşdirir.
Müdafiədən hücuma: Kiyev hara qədər gedə biləcək? |
Mənbələrdən biri bildirib ki, Ukrayna qüvvələri minalanmış sahələrə qarşı zəiflik, Rusiya hərbçiləri isə əraziləri qorumaqda bacarıq nümayiş etdirir.
Yüksək rütbəli hərbçilər onu da vurğulayıblar ki, əks-hücum əməliyyatları hələ ki, ilkin mərhələdədir. ABŞ və müttəfiqləri isə Ukrayna qüvvələrinin zamanla ərazi uğurları əldə edə biləcəyinə dair nikbindirlər. Onlar müharibədə həlledici hesab edilən əks-hücumun gedişatını daha dolğun qiymətləndirmək üçün ən azı iyul ayına qədər gözləyəcəklər.
Bundan əlavə, məqalədə qeyd edilib ki, artıq Ukrayna qoşunları Rusiyanın taktikasına və müdafiə sisteminə uyğunlaşır. Kiyev piyadalardan istifadə etməklə daha çox əməliyyat keçirir. Son günlər ukraynalılar Rusiya təyyarələrini hədəfdə saxlamaq və vurmaqda daha çox uğur nümayiş etdirirlər.
Tural Tağıyev
AzVision.az