"Ukrayna 7 şərtdən ikisini yerinə yetirib" - Avropa Komissarı

   "Ukrayna 7 şərtdən ikisini yerinə yetirib" -    Avropa Komissarı
  22 İyun 2023    Oxunub:1134
Ukrayna Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamaq üçün 7 şərtdən ikisini - məhkəmə islahatları və media azadlığı ilə bağlı tələbləri tam yerinə yetirib.
AzVision.az xəbər verir ki, bunu Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi deyib. O əlavə edib ki, qalan beş şərt üzrə aparılan işlərdə müəyyən irəliləyiş var. Bu da beş ballıq sistem üzrə üçə uyğundur.

Avropa Komissiyası oktyabrda Aİ-nin genişlənməsinə dair hesabatında yekun qiymətləndirmələrini təqdim edəcək.

AzVision.az


Teqlər: Ukrayna  





Xəbər lenti