ABŞ prezidentliyi uğrunda mübarizəyə qoşulanların sayı artıb

ABŞ prezidentliyi uğrunda mübarizəyə qoşulanların sayı artıb
  22 İyun 2023    Oxunub:800
ABŞ-da prezidentlik uğrunda mübarizəyə daha bir namizəd qoşulacaq
AzVision.az "Associated Press"ə istinadən xəbər verir ki, Konqresin keçmiş üzvü Will Hurd 2024-cü ilin payızında ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından namizədlik qərarını açıqlayıb.

Agentliyin məlumatına görə, Hurd Konqresdə biznes tərəfdarı və praqmatik siyasətçi kimi şöhrət qazanıb, eləcə də ikipartiyalı konsensus əldə etməyə hazırdır.

Qeyd edək ki, daha əvvəl aktyor və siyasətçi Arnold Şvartsenegger ABŞ prezidentliyinə namizədliyini irəli sürmək arzusunu səsləndirmişdi.

AzVision.az


Teqlər: ABŞ  





Xəbər lenti