Rəştdə hicablı qadına “hücum” edən hicabsız qadın saxlanılıb

Rəştdə hicablı qadına “hücum” edən hicabsız qadın saxlanılıb
  22 İyun 2023    Oxunub:1251
Sosial mediada İran hökuməti tərəfdarlarının çadralı qadının “təhqir olunduğunu və hicabının açıldığını” iddia etdikləri videonun yayılmasının ardınca Gilan əyaləti polisi hücum çəkəni “24 saatdan az bir müddət ərzində” saxladığını açıqlayıb.
AzVision.az xəbər verir ki, iki qadının davasının əks olunduğu videonu bəzi hökumətyönlü istifadəçilər uşaqları ilə birlikdə hicablı qadına “hücum” səhnəsi kimi qiymətləndiriblər.
“Mehr” xəbər agentliyi isə məsələnin əhəmiyyətinin nəzərə alınaraq, məhkəmə koordinasiyası və sahə araşdırmalarından sonra polis əməkdaşlarının 24 saatdan az müddətdə hücumçunu müəyyənləşdirməyə və həbs etməyə nail olduqlarını yazıb.

- Hücum çəkənin işi anaya xəsarət yetirmək, onun ləyaqətini alçaltmaq və uşaqlarına psixoloji ziyan vurmaq maddəsi ilə məhkəmə orqanına göndərilib. Saxlanılan qadın peşman olduğunu və bəzi əsəb problemləri üzündən qəzəbini cilovlaya bilmədiyini söyləyib”, - agentliyin məlumatında deyilir.

Məcburi hicaba qarşı çıxan qadınların həbsi artıq adət halını alıb. “Pislikdən çəkindirən və yaxşılığa dəvət edən”lərə qarşı müqavimət göstərənləri nizam və məhkəmə tədbirləri gözləyir.
Bu şəxslərin bəziləri həbs olunduqdan sonra kamera qarşısında günahlarını və peşmanlıqlarını etiraf etmək məcburiyyəti ilə üzləşirlər.

AzVision.az




Teqlər: İran   hicab  





Xəbər lenti